Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

Aprelin 25-də Bakıda Çex Respublikasının ticarət və sənaye nazirinin müavini Yirji Havliçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Çexiya biznes forumu keçiriləcək. SİA-nın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə