2014-cü ilin I rübü ərzində vətəndaşlardan birbaşa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 170 ədəd artaraq 612 ədəd təşkil edib. SİA-nın xəbərinə görə, bu barədə RYTN-in 2014-cü ilin I rübü üçün hazırladığı hesabatda məlumat yer alıb.
Məlumata görə, daxil olan müraciətdən 134-ü telefon çəkilişi, 48-i işlə təmin olunma, 42-i maddi yardım verilməsi, 36-ı telefonun işləməməsi, 23-ü qəbula gəlmək, 15-i rəhbərlikdən şikayət, 8-i telefonun bərpası və digər məsələlərlə əlaqədar olub. Digər təşkilatlar üzrə vətəndaşlardan birbaşa daxil olan ərizələrin sayı hesabat dövründə 240 ədəd təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 36 ədəd çoxdur.
Ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı əvvəlki dövrlə müqayisədə 32 ədəd azalaraq 135 ədəd təşkil edib. Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılan "qaynar xətt"ə 1523 ədəd, Nazirliyin elektron poçtuna isə 676 müraciət, cəmi 2199 ədəd müraciət daxil olub. Bunlardan başqa sorğu xarakterli 212 müraciət daxil olub və müvafiq cavablandırma və zəruri olan izahatlar verilib.
Hesabat dövründə 50 vətəndaş müxtəlif məsələlərlə əlaqədar qəbulla bağlı Nazirliyə şəxsən müraciət edib. Qəbula gələn vətəndaşlar aidiyyəti üzrə Nazirliyin rəhbərliyi, müvafiq şöbə müdirləri, birlik və müəssisələrin rəhbərliyi tərəfindən qəbul edilib. Hesabat dövründə həmçinin əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə Nazir respublikanın 3 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 47 vətəndaş qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB