3 ayda Azərbaycanda istehlakçılara 1 553,9 min ton neft məhsulları göndərilib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 1 553,9 min ton neft məhsulları (ixrac da daxil olmaqla) göndərilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, göndərilmiş neft məhsullarının 32,8%-in dizel yanacağı, 19,6%-ni avtomobil benzini, 9,7%-ni aviasiya üçün ağ neft, 5,7%-ni mazut yanacağı, 4,5%-ni neft koksu, 4,0%-ni neft bitumu, 3,3%-ni maye qaz, 2,7%ni nafta, 0,3%-ni sürtkü yağları, 17,4%-ni isə digər məhsullar təşkil edib.
Bu ilin birinci rübündə neft məhsullarının 73,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 26,5%-i isə ixrac olunub.
Ölkə istehlakçılarına 1142,3 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2% az neft emalı məhsulları göndərilib. Mazut yanacağı (77,6%) və maye qaz (10,5%) istisna olmaqla neft məhsullarının göndərilməsi azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB