DSMF-də fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17 634 nəfərdir
"1 yanvar 2006-cı ilə tarixindən bu günə kimi fərdi uçot sistemində 2 milyon 750 mindən çox sığorta olunan qeydiyyata alınıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında DSMF-nin Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova bildirib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17 634 nəfərdir: "2013-cü ildə bu sistemə müraciət edənlərin və qeydiyyata düşənlərin sayı 425 min nəfər artıb. Cari ilin bir yanvar tarixindən bu günədək fərdi uçot sistemində qeydiyyata alınanların sayı isə 65 mindən çox olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB