Bu gün Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Oğuz rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirilib.
SİA-nın xəbərinə görə, "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtibi, maliyyə planı və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilib.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB