Eyyub Hüseynov: "Spirtsiz və şirəsiz içkilərin 40%-i standartlara cavab vermir"
"Hazırda Azərbaycanda istehsal olunan və satışa çıxarılan şirəsiz və spirtsiz içkilərin 40%-i standartlara cavab vermir". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu gün ölkə bazarında qiyməti 40 qəpikdən 10 manatadək dəyişən şirəsiz və spirtsiz içkilər var: "Onların qiymətləri arasındakı uçurum anlaşılmaz tendensiyadır. Qiymətlərin bu səviyyədə olmasından istifadə edən qeyri-qanuni fəaliyyət göstərən çoxsaylı istehsalçı müəssisələr isə istehlakçıları aldatmaqla "məşğuldurlar". Belə ki, Azərbaycanda hər bir brend suyun saxtalaşdırılmış variantları var. Lakin bu sular da istehlakçılara orijinal variantın qiymətində təklif olunur. Qurumumuza istehlakçılar tərəfindən məsələ ilə bağlı çox sayda şikayətlər daxil olur. Lakin bunu araşdırmaq çətindir. Bunun üçün müstəqil laboratoriya olmalı, araşdırma aparılmalıdır".
Eyyub Hüseynov bildiirb ki, əhali istehlak etdiyi içməli suyun filtrdən keçib-keçməməsini ayırd etmək üçün onu qaynatmalıdır: "Bu zaman suda ərp yaransa, su təmizlənməmiş, filtrdən keçməmiş hesab olunur. Lakin bu vəziyyətdən filtr istehsalçıları da öz məqsədləri üçün istifadə edirlər. Bu sahədə böyük hərc-mərclik yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB