Əli Abbasov: "Hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir"

Əli Abbasov: "Hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir"

"Təəssüf ki, Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir. Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

"Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək" - deyə, nazir məsələ ilə bağlı fikirlərinə əlavə edib.

O həmçinin vurğulayıb ki, mobil operatorlar arasında trafiklə mübadilə tarifləri ilin əvvəlində azalıb: "Bu, son istifadəçiyə göstərilən mobil rabitə xidmətlərinin tariflərinin azalmasına təsir etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə