Mərkəzləşdirilmiş radiomonitorinq sisteminin yaradılması işləri başa çatıb

Mərkəzləşdirilmiş radiomonitorinq sisteminin yaradılması işləri başa çatıb

"Azərbaycanda mərkəzləşdirilmiş radiomonitorinq sisteminin (MRMS) yaradılması layihəsi üzrə işlər başa çatıb. Hazırda tezlik resurslarının monitorinq sistemi Azərbaycanın 12 rayonunda çalışır. Oradan informasiya MRMS-in Mərkəzi İdarəsinə göndərilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, sistem 3 giqahersədək tezlikdə çalışan radiotexniki qurğulara avtomatik nəzarət etməyə qadirdir: "Bu gün Azərbaycanın efir məkanının müdafiəsi məsələsi xüsusi aktuallıq kəsb etmir və bu sahədə problem müşahidə olunmur. Biz Beynəlxalq Telekommunikasiya İttifaqının protokollarına uyğun olaraq bütün sərhədyanı ölkələrlə tezliklərdən istifadə prosedurlarını razılaşdırmışıq. Azərbaycanın efir məkanına yeganə həmlə işğal olunmuş ərazilərdən müşahidə olunurdu və bu problem həll edildi".

Bütün xəbərlər Facebook səhifəmizdə