Nazir: "Bu il "Azerspace-1"in gəlirləri 15 milyon dollar olacaq"
"2014-cü ildə "Azerspace-1" rabitə peyki üzrə proqnozlaşdırılan gəlirlər təxminən 15 milyon dollar həcmində olacaq. Ötən il bu göstərici 10 milyon dollar olub. Ehtimal edirik ki, bu il ilk peyk proqramı üzrə kreditləri ödəmək üçün Maliyyə Nazirliyinin ayırdığı vəsaitlərdən istifadə edəcəyik, artıq 2015-ci ildə isə peyk gəlir gətirməyə başlayacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazir aşağı orbitli peykin tikintisi layihəsini də xatırladıb: "Bu yaxınlarda Fransanın "EADS-Astrium" şirkəti "Azerkosmos" MMC-yə Azərbaycan üçün belə peykin tikintisi ilə bağlı öz təkliflərini təqdim edib. Artıq peykin tikintisi üzrə tender elan edilib və bu günədək iştirakçıların "Azərkosmos" MMC-yə təqdim etdikləri təkliflərə baxılır və qiymətləndirilir. Tender iştirakçılarının sayının artması ilə əlaqədar müddət daha bir ay uzadılacaq. Tenderin qalibinin adı yaxın vaxtlarda açıqlanacaq. Peykin tikintisinə 30 ay ayrılacaq. İkinci rabitə peykinin buraxılışına gəlincə, bu istiqamətdə tender şərtləri hazırlanır. "Azerspace-2" 2-ci rabitə peykinin 2017-ci ildə buraxılması planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB