Əli Abbasov: "RYTN bundan sonrakı fəaliyyətini genişləndirəcək"

Əli Abbasov: "RYTN bundan sonrakı fəaliyyətini genişləndirəcək"
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bundan sonrakı fəaliyyətini genişləndirəcək. Bura yeni texnologiyalar, kosmik texnologiyalar, həmçinin nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisisindən sülh məqsədləri ilə istifadə edilməsi və dünyada qəbul edilən digər texnologiyalar aiddir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, əsasən yeni texnologiyalar üzrə iqtisadi sektorun güclənməsi üçün müəyyən işlər görüləcək: "Hesab edirəm ki, işlərimizi uğurlu həyata keçirsək, iqtisadiyyatımızda elmtutumlu, iqtisadiyyat və innovativtutumlu sahələrin güclənməsinə gətirib çıxaracaq. Digər tərəfdən intellektual potensial, gənc kadrların biliyə olan tələbatı, həmçinin də cəmiyyətin intellektual potensialının güclənməsinə xidmət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə