Ucarda 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub
Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə "Aqrolizinq " ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, respublikanın 25 rayonundan gəlmiş sahibkarın iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib.
Xüsusilə Almaniya istehsalı olan 50 ədəd "Klaas", Hollandiya istehsalı olan 87 ədəd "New Holland" və Belçika istehsalı olan 20 ədəd "Sampo" taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurub.
Nazir Heydər Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yükunlarına həsr olunmuş iclasında ölkə başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışıb və qeyd edib ki, yaxın vaxrlarda aqrar sektorla bağlı yeniliklər gözlənilir.
Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib. Mərasimdə yerlərdə texnikaya olan təlabatın öyrənilməsinin zəruriliyi də vurğulanıb.
Sahibkarlar bu gün otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən "Klaas" markalı otbağlayanlara ehtiyacları olduqlarını bildiriblər.
Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu bildirilib.
Axırda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB