“Yaşıl çay” fermer təsərrüfatında becərmə işləri aparılır FOTOLAR
Bir neçə gündür ki, "Yaşıl çay" fermer təsərrüfatı MMC-nin çay plantasiyalarında becərmə işlərinə başlanıb. Bu barədə SİA-nın Cənub bürosuna təsərrüfatın direktoru Araz Yağubov məlumat verib. Onun sözlərinə görə, hazırda təsərrüfatda 40 hektar çavan çay plantasiyası mövcuddur. Bu il ilk dəfə olaraq kollarda budama aparılıb. Yazın ilk günlərindən start verilən budama işləri vaxtında başa çatdırılıb. Məlumdur ki, bu il qışda havalar qarlı-şaxtalı keçib. Lakin havaların soyuq keçməsinin bitkilərə bir o qədər də təsiri olmayıb. Hazırda sahələrdə beçərmə işlərinin qızğın çağıdır. Bitkilərin dibi yumşaldılır, alaqdan təmizlənir. İndiyə kimi təxminən 10 hektar sahədə becərmə və alaqdan təmizləmə işi həyata keçirilib. Araz Yağubov onu da əlavə edib ki, bu il təsərrüfatda ilk dəfə olaraq seçim üsulu ilə yaşıl çay yrpağı yığılması nəzərdə tutulub. Qeyd edək ki, təsərrüfat bu il daha 40 hektar sahədə yeni çay plantasiyası salmağı planlaşdırır. Bu məqsədlə 1 hektarda tinglik sahəsi yaradılıb,əkin keçiriləcək torpaq sahələrində aqrotexniki tədbirlər həyata keçirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB