Bu ilin yanvar-mart aylarında Azərbaycana 22 511 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 132 ədəd və 5,3% çoxdur. SİA-nın verdiyi xəbərə görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.
Ölkəyə gətirilən avtomobillərin 120 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 305 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 952 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 134 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB