"Qiymətli Kağızlar Haqqında" qanun hökumətə təqdim olunub

"Qiymətli Kağızlar Haqqında" qanun hökumətə təqdim olunub

Beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanan "Qiymətli Kağızlar Haqqında" qanun layihəsi hökumətə təqdim olunub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədr müavini İlqar Muradov deyib.

Onun sözlərinə görə, qanun tam müasir və beynəlxalq standartlara cavab verir: "Qanunun qəbulundan sonra qiymətli kağızlar bazarında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulacaq. Ölkə başçısı tərəfindən 2011-ci ildə Qiymətli Kağızlar Bazarının inkişafına dair Dövlət Proqramı təsdiqlənib. Bu proqram özü özlüyündə 2020-ci ilə qədər olacaq tədbirləri əhatə edir. Bu proqramın detalları üzrə bir sıra iş görülüb. Əsas ana xətt yeni qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə