"Qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30 faizə yaxını açıq hesabat verirlər"

"Qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30 faizə yaxını açıq hesabat verirlər"

"Banklar və sığorta şirkətləri çıxmaqla, səhmdar cəmiyyətlərin təxminən cəmi 20-30 faiz öz fəaliyyətləri haqqında qanunun tələb etdiyi kimi açıq hesabat verirlər. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) daim bu problem üzərində, həmçinin müəssisələrə qanunun tələblərinə əməl edilməsi zərurəti haqqında məlumat verilməsi istiqamətində işləyir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında QKDK sədrinin müavini İlqar Muradov deyib.

Onun sözlərinə görə, illik hesabatların dərc olunması hər kəs üçün məcburidir: "Bundan başqa, hesabatlarını dərc etdirən SC-nin sayının artmasında belə pozuntulara görə nəzərdə tutulan cərimələrin artırılması da öz rolunu oynayıb. Belə ki, ilin əvvəlində İnzibati Xətalar Məsəlləsinə dəyişikliklərin qəbul edilməsi cərimələri 200-250 manatdan 1500-3000 manata qədər artırdı. Dövlət Komitəsi bu məsələnin həll olunması üçün mümkün olan hər şeyi edir".

Bütün xəbərlər Facebook səhifəmizdə