Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev aprelin 23-də Gəncə şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-yaverilən xəbərə görə, DSMF sədri Elman Mehdiyev 23 aprel 2014-cü il tarixdə, saat 11:00-da Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34;
Gəncə şəhər Nizami rayon şöbəsində (0222) 55- 12- 22
Gəncə şəhər Kəpəz rayon şöbəsində (0222) 64-42-07
Yevlax rayon şöbəsində (02233) 6-29-77
Naftalan rayon şöbəsində (02235) 2-17-55
Samux rayon şöbəsində (02227) 5-15-13
Göygöl rayon şöbəsində (02220) 5-50-15
Goranboy rayon şöbəsində (02224) 5-13-00
Xocalı rayon şöbəsində (02224) 7-44-14
Daşkəsən rayon şöbəsində (02221) 5-31-07
Kəlbəcər rayon şöbəsində (02221) 58-12-45
Qəbulda iştirak edəcək vətəndaşların aprelin 23-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılan nəqliyyatla Gəncə şəhər Kəpəz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB