Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb

Bu ilin I rübündə Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 9,1 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2% bəndi üstələyərək 3,2% olub.

Gəlirlərin 70,9%-i son istehlaka, 8,6%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 8,3 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 4,8% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə