Olimpiya Stadionuna gediş-gəlişi asanlaşdıracaq tunelin tikintisi davam edir FOTO
"Bakıda Olimpiya Stadionuna gedən avtomobil yolunun tikintisi çərçivəsində Ziya Bünyadov prospektində "Əyyub Petrol" yanacaqdoldurma məntəqəsinin yanında ikinci tunelin tikintisi işləri davam etdirilir". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, tunel 6 hərəkət zolaqlı (3 gediş, 3 gəliş) olacaq: "Tunelin tikintisində məqsəd Olimpiya Stadionuna sürətli, meneəsiz gediş-gəlişi təmin etməkdir. Yəni Həsən Əliyev küçəsinin sonu ilə çəkilən yol tunel vasitəsi ilə Olimpiya Stadionunadək gedib çıxacaq və nəqliyyat vasitələrinin Olimpiya Stadionuna, eyni zamanda əks tərəfə rahat hərəkəti mümkün olacaq".
P.Mürsəliyev qeyd edib ki, hazırda tuneldə qazma üsulu ilə svayların vurulması, svay başlığında rigelin, istinad divarları, təməl və gövdələrin betonlanması işləri gedir. Buna paralal olaraq tuneldə qazma işləri də aparılır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB