Bakıda Azərbaycan - Rusiya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən xəbərə görə, forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək. İşgüzar görüşdə Ulyanovsk vilayətinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edəcəklər.
Qeyd edək ki, tədbir aprelin 14-də Rusiyanın Ulyanovsk vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB