Beynəlxalq Valyuta Fondu-Dünya Bankının növbəti konfransı Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, konfransda Türkiyəni baş nazirin müavini Əli Babacan təmsil edib.
Babacan Vaşinqtonda dünyanın inkişaf etmiş 20 ölkəsini təmsil edən "Böyük İyirmiliyin" iqtisadiyyat nazirləri ilə də bir araya gəlib.
Konfransda qlobal iqtisadiyyat müzakirə edilib və inkişaf etməkdə olan ölkələrin maliyyə sahəsindəki problemlərindən danışılıb.
"Böyük İyirmiliyin" növbəti toplantısı Türkiyədə təşkil ediləcək. Eyni zamanda Türkiyə 2014-cü ilin dekabr ayının 1-dən "Böyük İyirmiliyin" növbəti sədrliyini də təhvil alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB