QKDK növbəti lisenziyanı verdi

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AzFinance İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Qurumdan SİA-ya verilən xəbərə görə, beləliklə, hazırda qiymətli kağızlar bazarında 16 broker fəaliyyəti, 15 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 1 təşkilatın xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə