Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 299 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm iki dəfə çox olmaqla 573 m3/s və ongünlük normanın 77 faizini təşkil edib.Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 137 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
Aprelin 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm, Şirvanda 187 sm, Salyanda 100 sm, Bankədə 185 sm, Araz çayının Novruzlu məntəqəsində isə 63 sm təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB