Toyuq dönəri satışı ilə məşğul olan 50-dən artıq obyekt bağlanıb
"Ötən il ərzində toyuq dönəri satışı ilə məşğul olan 50-dən artıq obyekt bağlanıb". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova belə deyib.
Onun sözlərinə görə, qanunsuz toyuq dönəri satışı ilə bağlı aparılan monitorinqlər il ərzində davam edir: "Bu monitorinqlər zamanı vəziyyətə Səhiyyə Nazirliyi ilə Dövlət Baytarlıq xidməti birgə nəzarət edir. Monitorinqlər zamanı qanunsuz toyuq dönəri satışı ilə bağlı hallar aşkarlansa, həmin dönərxananın bağlanmasına qərar verilir, müəssisəyə qarşı da sərt cəza tədbirləri görülür".
Siyalə Rüstəmova onu da bildirib ki, bütün rayonlar üzrə qanunsuz ət kəsimi aparan yerlərdə monitorinqlər davam etdirilir: "Bununla bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovun da tapşırığı odur ki, ət kəsimi müəssisələrinə ciddi nəzarət olunsun. Hazırda yerlərdə baytarlar gücləndirilmiş iş rejimi ilə çalışırlar. Yararsız halda və mənşəyi məlum olmayan tonlarla ətlərə gəlincə, sonuncu dəfə Bərdə rayonunda görülən tədbirdən sonra bu günə kimi belə hallar müşahidə olunmayıb. Bu məsələ Dövlət Baytarlıq Xidmətinin nəzarətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB