"Azərbaycanda ilk dəfə olaraq, dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılan 1,2 mln. manat vəsait hesabına ilkin baytarlıq yardımı üçün bioloji preparat və dioqnostikumların saxlanılması, daşınması zamanı lazımı temperatur rejiminin gözlənilməsi məqsədilə "Soyuq zəncir sistemi"nin tətbiqindən ötrü avtorefrijerator maşın, soyuducu kamera və digər zəruri vasitələr alınıb". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına alınan 18 ədəd DUK maşını, 100 ədəd yedəkli motosiklet, 2000 ədəd mühərrikli çiləyici Rusiya istehsalı texnikalardır: "Kənd Təsərrüfatı Naziri Heydər Əsədov texnika ilə tanış olarkən irad bildirdi ki, Azərbaycana bu sahə üzrə idxal olunan avadanlıqlar və maşınlar Avropa dövlətlərindən alınmalıdır, burada əsas qiymət yox keyfiyyət öndə olmalıdır".
Siyalə Rüstəmova deyib ki, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB