Baytarlıq xidmətinin müvafiq qurumlarına maşın paylanıb

Baytarlıq xidmətinin müvafiq qurumlarına maşın paylanıb

Bu gün Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun həyətində "Dövlət büdcəsinin Ehtiyat Fondundan üç istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında DÖvlət Baytarlıq Xidmətinə (DBX) ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq, dərman preparatları və digər vasitələrin təqdim olunma" mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahədə apardığı məqsədyönlü islahatlardan, bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əldə olunan nailiyyətlər barədə məlumat verib. Onun sözlərinə görə, dövlət başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsi olaraq dövlət büdcəsinin Ehtiyat Fondundan üç istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə (DBX) üç istiqamətdə vəsait ayırmasını göstərmək olar: "Respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyaların (BSEL) müasir avadanlıqlarla təmin edilməsi məqsədi ilə Nazirlər Kabinetinin sərəncamı əsasında 2,5 mln. manat vəsait ayrılıb. Bu vəsait hesabına lazımi avadanlıqlar alın və respublikamıza gətirilib. Alınıb gətirilən bu vasitələr 105 ədəd BSEL-in müasir avadanlıqla təminatı deməkdir. Eləcə də ayrılan vəsait hesabına alınan avadanlıqlardan bir dəstinin Azərbaycan Aqrar Universitetinin baytarlıq fakültəsi tələbələrinin təlim keçmələri və 1 dəstinin isə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti üçün ayrılıb".

Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə olaraq ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat vəsait ayrılıb. Ayrılan bu vəsait hesabına 18 ədəd DUK maşını, 100 ədəd yedəkli motosiklet, 2000 ədəd mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar və dezinfeksiya maddələri alınıb.

Tədbirin sonunda alınan maşın və avadanlıqlar bölgü əsasında baytarlıq xidmətinin müvafiq qurumlarına paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə