"Neft Daşları" yatağındakı 2521 №-li Stasionar Dəniz Özülündən 2527 nömrəli quyuda qazma işləri sona çatdırılıb. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1214-1205 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb.
Qırməki altı lay dəstəsindən mənimsənilməyə başlanmış quyu martın 30-dan etibarən istismara daxil edilib.
Geoloqların hesablamalarına görə, quyudan fontan üsulu ilə sutkada 15 ton neft hasil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB