"Azərbaycanda su təchizatının qiymətlərində artım gözlənilmir". SİA-nın xəbərinə görə, bu sözləri "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda su təchizatı ilə bağlı tariflərin səviyyəsi müəssisənin gəlirli işi üçün kifayətdir.
Əhalidən ödənişlərin yığım səviyyəsinə gəlincə Q. Hüseynov vurğulayıb ki, əhalidən ödənişlərin yığım səviyyəsi kifayət qədər yüksəkdir: "Vətəndaşlardan su ilə bağlı ödənişlərin yığım səviyyəsi 94 faiz təşkil edir. Bugünkü problemimiz istehsal olunan suyun az miqdarının satılmasıdır. Belə ki, biz istehsal olunan suyun 40 faizindən bir az çoxunu sata bilirik. Bizim itkimiz 56 faiz təşkil edir. Bunun bir neçə səbəbləri var. Belə ki, səbəblərə yenilənmə tələb edən köhnə infrastrukturun işi ilə yanaşı, əhalinin su üçün çənlərdən gündəlik istifadə etməsi daxildir. İçməli suyun verilməsində tədricən fasiləsiz rejimə keçməklə biz bu çənlərin istifadədən çıxarılacağına nail olacağıq. Hazırda bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə işləyirik".
Qeyd edək ki, hazırda Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan və Abşeron rayonunun sakinləri üçün ƏDV nəzərə alınmaqla suyun hər kub metrinə görə qiyməti 0.30, digər rayonlarda isə 0, 25 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB