"Socar Turkey LNG" şirkəti Türkiyə ərazisində maye qazın alqı-satqısı, eləcə də maye qazın idxalı və təbii qazın ixracı üzrə lisenziya alıb.
SİA-nın xəbərinə görə bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) dərc etdirdiyi xəbərdə deyilir. Məlumatda lisenziyanın 30 illik müddətə verildiyi qeyd olunur.
Türkiyə energetika sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır. Xüsusilə, iki ölkəni Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri birləşdirir. Həmçinin Azərbaycan qazının Avropa bazarına çıxardılması çərçivəsində Avropa sərhədinə qədər qazın çatdırılmalarını təmin edəcək Trans-Anadolu qaz kəmərinin tikintisi planlaşdırılır.
Öz növbəsində, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə ayrıca bölmə kimi təmsil edilir və Türkiyənin "Petkim" iri neft-kimya kompleksinin şərikidir. Kompleksin xammalla təmin olunması üçün yeni neft emalı zavodu tikiləcək. "Petkim"in inkişafı çərçivəsində ərazidə həmçinin yeni elektrik stansiyasının tikintisi və konteyner limanının inkişafı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB