Qorxmaz Hüseynov: “Yerli podratçıların iş keyfiyyəti yaxşılaşıb”

Qorxmaz Hüseynov: “Yerli podratçıların iş keyfiyyəti yaxşılaşıb”

"Yerli podratçıların iş keyfiyyəti yaxşılaşıb". SİA-nın məlumatına görə, bu sözləri "Azərsu" ASC sədri Qorxmaz Hüseynov bu gün Bakıda keçirilən CATEC-2014 II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının açılışında deyib.

O bildirib ki, ASC tərəfindən aparılan monitorinqinin yekunlarına görə, 2013-cü ilin birinci rübündə görülən işlərin keyfiyyətinə görə şirkətlərin onluğuna Azərbaycandan cəmi iki şirkət daxil olub: "Səkkiz ayın yekunlarına görə isə ilk üçlük yerli podratçılardan formalaşıb, onluqda isə cəmi iki əcnəbi şirkət olub. O qeyd edib ki, ilin yekunları üzrə, ilk beşlikdə Azərbaycan şirkətləri, ilk onluqda isə bir əcnəbi şirkət olub. CATEC kimi sərgilərin keçirilməsi də bu iş öz rolunu göstərməkdədir. Bütün bunlara nəzərə alaraq "Azərsu" beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda reallaşdırılan layihələr çərçivəsində keçirilən tenderlərdə yerli şirkətlərin iştirakı üçün daha əlverişli şərait yaratmağa çalışır".

Qeyd edək ki, CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Tədbirin təşəbbüskarı ona rəsmi dəstək göstərən "Azərsu" ASC-dir. CATEC-2014-in təşkilati tərəfdaşı "Iteca Caspian" MMC-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə