Şahin Mustafayev Siyəzəndə vətəndaşları qəbul edəcək ELAN

Şahin Mustafayev Siyəzəndə vətəndaşları qəbul edəcək ELAN

Aprelin 12-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzəndə Şabran və Siyəzəndən olan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti,45, əlaqələndirici şəxs: Aqşin Bayramov, əlaqə telefonu: (023) 326-83-16, (055) 706-09-87, poçt ünvanı: ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə