QKDK Britaniya şirkətinin fəaliyyətini dayandırıb

QKDK Britaniya şirkətinin fəaliyyətini dayandırıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Böyük Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçən "İnnovative İnternational Group Ltd" holdinq qrupuna daxil olan "Life Division" MMC-nin fəaliyyətini dayandırıb. Qurumdan SİA-ya verilən məlumata görə, QKDK tərəfindən aparılan yoxlama zamanı cəmiyyətin ölkəmizdəki filialı tərəfindən müvafiq lisenziya alınmadan fəaliyyəti müəyyən olunub.

Komitə sözügedən şirkətlərin müştərisi olan investorları cəmiyyətlə münasibətlərdə onların Azərbaycan ərazisindəki fəaliyyətinin qanunsuz olduğunu nəzərə almağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə