BVF bu il Azərbaycanda ÜDM-in artımı 5 faiz olacağını proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) atımını 5 faiz proqnozlaşdırır. SİA-nın xəbərinə görə, bu barədə qurumun saytında dərc olunan hesabatda qeyd olunub. Hesabata əsasən, 2015-ci ildə Azərbaycanda ÜDM artımı 4,6 faiz səviyyəsində olacaq.
Fondun hesablamalarına əsasən, 2016-cı ildə Azərbaycanda iqtisadi artım 3,48 faiz, 2017-ci ildə 3,22 faiz, 2018-ci ildə 3,98 faiz, 2019-cu ildə isə 4,23 faiz səviyyəsində olacaq.
BVF analitiklərinin fikrincə, cari qiymətlərlə Azərbaycanda ÜDM 2014-cü ildə 61,6 milyard manat (79,36 milyard dollar), 2015-ci ildə 67,47 milyard manat (87,76 milyard dollar), 2016-cı ildə 72,7 milyard manat (94,57 milyard dollar), 2017-ci ildə 79,77 milyard manat (103,76 milyard dollar), 2018-ci ildə 86,13 milyard manat (112,03 milyard dollar), 2019-cu ildə isə 93,87 milyard manat (122,1 milyard dollar) təşkil edəcək.
Azərbaycan ötən ili 57,71 milyard manat, yaxud 73,54 milyard dollarlıq ÜDM-lə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB