Ramiz Həsənov: "QMİ ancaq kəsim prosesinə nəzarət etməlidir" CAVAB

Ramiz Həsənov: "QMİ ancaq kəsim prosesinə nəzarət etməlidir" CAVAB

"Müsəlman aləmində olan halallıq məsələləri Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) daxili işləridir. Standartları isə dövlət tənzimləyir. Biz də dövlət olaraq müəyyən olunan standartların tələblərinə uyğun sertifikatlarımızı veririk". SİA xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "Halal" standartı ilə bağlı bəyanatına cavab verərkən belə deyib.

Onun sözlərinə görə, QMİ ancaq kəsim prosesinə nəzarət etməlidir: "Bizim müəyyən təşkilatlarımız sertifikatlaşdırma prosesini keçirir və "Halal" standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə kəsim prosesinə nəzarət edir. Standartların tələblərində də kəsim zamanı şəriətə uyğun olaraq surələr və dualar oxunmasının zəruriliyi qeyd olunub: "Şəriətə uyğun prosedurlar kolbasada və sosiskada istifadə olunan inqridientlərin kəsimi zamanı istifadə olunur. Təbii ki, halal kəsilmə məsələsi bizim işimiz deyil. Bizim vəzifəmiz yoxlamaqdır".

Ramiz Həsənov bildirib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir: "Ölkəyə Hindistan və Braziliyadan hazır ət gətirilir. Bizim mütəxəssislərimiz həmin ölkələrdə kəsim prosesini izləyiblər. Bildiriblər ki, kəsim prosesi şəriətə uyğun şəkildə aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə