Növbəti mərkəzi yollardan biri təmir olunur FOTO

Növbəti mərkəzi yollardan biri təmir olunur FOTO

"Paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan 300 metrlik hissəsində bu gün səhər saatlarından birinci qat asfalt-beton örtüyünün vurulmasına başlanılıb". Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, sabah isə ikinci qat asfalt-beton örtüyü vurulacaq: "Bundan sonra kommunikasiya quyularının qapaqları dəyişdiriləcək və bu işlərdən sonra yolun xətlənməsinə başlanılacaq".

Qeyd edək ki, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə təmirə bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə