““Xəzər” MMC-nin Rövnəq Abdullayevlə heç bir əlaqəsi yoxdur” rəsmi mövqe
Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən "Xəzər" MMC-də bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.
Belə ki, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi"nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, bəzi saytlarda "Xəzər" MMC-nin təsisçilərindən biri SOCAR prezidenti Rövnəq Abdullayev olduğu bildirilirdi. Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə (ARDNŞ) əlaqə saxladıq. ARDNŞ-dan xəbəri təkzib etdilər: "Yazılanlar həqiqəti əks etdirmir. ARDNŞ-ın və onun prezidenti Rövnəq Abdullayevin "Xəzər" MMC ilə heç bir əlaqəsi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB