İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya layihəsi 4 aya hazırlanacaq

İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya layihəsi 4 aya hazırlanacaq

Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə xidmət edir. Milli Strategiyanın mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, hər mərhələ qəbul edilən məqsədli dövlət proqramı (2014-2017, 2018-2020-ci illər üzrə) əsasında yerinə yetiriləcək.

Dövlət başçısının tapşırığına uyğun olaraq Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaq. Ümumilikdə Milli Strategiya ölkəmizin daha da inkişafına, iqtisadi potensialının güclənməsinə, demokratik proseslərin daha da genişləndirilməsinə, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan hərtərəfli istifadəsinə, dövlət idarəçiliyində müasir texnologiyalara əsaslanan fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə