“EU news”: “Avropa Azərbaycan qazı vasitəsilə enerji təhlükəsizliyini təmin etməyin yollarını müzakirə edir”

“EU news”: “Avropa Azərbaycan qazı vasitəsilə enerji təhlükəsizliyini təmin etməyin yollarını müzakirə edir”

İtaliyanın "EU news" saytında "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması, Azərbaycan qazının Avropaya nəqli kimi məqamların yer aldığı məqalə yerləşdirilib.

Yazıda bu il aprelin 2-də Brüsseldə keçirilən Avropa İttifaqı-ABŞ Enerji Şurasının beşinci görüşü haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, tədbirdə Avropanın enerji mənbələrinin diversifikasiyasını təmin etmək və Rusiya təbii qazından asılılığı azaltmaq üçün ən real istiqamət kimi "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılması bir daha vurğulanıb.

Məqalədə tədbirin yekunlarına dair birgə bəyanata istinadla vurğulanır ki, hazırkı geosiyasi vəziyyət Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin vacibliyini gündəmə gətirir. Bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinə dəstək vermək olduqca önəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə