Sabah Xaçmazda qaz olmayacaq

Xaçmaz rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə SİA ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir. "Xaçmaz qazpaylayıcı stansiyası qaz kəməri qolu"nun 5-ci kilometrliyində baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar aprelin 4-də saat 10:00-dan 18:00-dək Xaçmaz rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə