"Azərbaycanda ilk dəfə standartlar bazası yaradılacaq və burada 30 mindən çox standart cəmlənəcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, standartlar bazanın təkmilləşdirilməsi, eyni zamanda standartların onlayn satışının təşkili "Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək" adlı tvinninq layihəsinin tərkib hissəsidir: "Baza iki ilə tam hazır olacaq. Nəticədə istənilən müəssisə ehtiyac duyduğu standartı, onlayn müraciətlə qiymətini ödədikdən sonra əldə edə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB