AİB Azərbaycanın cari il üçün iqtisadi proqnozunu açıqlayıb

AİB Azərbaycanın cari il üçün iqtisadi proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın 2014-cü ildə ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb. SİA-nın məlumatına görə, bu barədə çərşənbə axşamı yenilənən "Asian Development Outlook" hesabatında deyilir.

Bank 2014-cü ildə ölkə ÜDM-nin 5 faiz təşkil edəcəyini gözləyir. Bundan əvvəl bəyan edilən proqnoz isə 4,8 faiz olub.

Bankın analitikləri Mərkəzi Asiya regionunun (bura Azərbaycanı da aid edirlər) inkişafı üzrə proqnozu 2014-cü ildə 6-dan 6,5 faizədək artırıblar.

AİB, həmçinin 2014-cü il üçün Azərbaycanda inflyasiya üzrə proqnozu əvvəlki 7 faizdən 4 faizədək yaxşılaşdırıb. Bankın hesablamalarına görə, 2015-ci ildə ölkədə 3,5 faiz səviyyəsində inflyasiya gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə