Ay ərzində ümumdünya böhranı ilə bağlı 50 konfrans keçiriləcək

Ay ərzində ümumdünya böhranı ilə bağlı 50 konfrans keçiriləcək

Bu il may ayının 21-23-də Qazaxıstanın paytaxtı Astanada Yeddinci Astana İqtisadi Forumu (AİF) keçiriləcək. SİA-nın məlumatına görə, aprelin 30-na qədər G-Global informasiya-kommunikasiya platformasında AİF və Ümumdünya Antiböhran II Konfransı ( DAK) onlayn rejimdə 50 videokonfrans keçirəcək.

Videokonfranslarda BMT-nin Baş Assambleyası (qətnamə A/RES/68/201 "Beynəlxalq maliyyə sistemi və inkişafı 20.12.2013-cü il") tərəfindən dəstəklənən Dünyəvi Antiböhran konsepsiyasının II DAK-a qəbul olunması barədə müzakirələr davam edəcək.

Beynəlxalq təcrübədə spikerlər ilk dəfə Vll AİF və DAK-la birlikdə əsas məsələləri, dünya iqtisadiyyatının aktual problemləri, eləcə də gələcək tədbirlər üçün müxtəlif fikirləri onlayn rejimdə bölüşəcəklər. Onlayn rejimində videokonfransların keçirilməsi imkan yaradacaq ki, maksimal iştirakçı cəlb olunsun və məhsuldar debatlar nəticəsində VII AİF və II DAK üçün ümumi tövsiyələr hazırlansın.

Bütün xəbərlər Facebook səhifəmizdə