Bu gün Bakı şəhərinin Nəsimi rayonu, Həsən Əliyev küçəsində təmir işlərinə başlanılıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, uzunluğu 3,4 km təşkil edən yol Koroğlu Rəhimov küçəsinin kəsişməsindən Tbilisi prospektinə qədər məsafəni əhatə edir: "Hazırda köhnə beton bardürlar yeni mərmər bardürlarla əvəz olunur. Bu iş başa çatdıqdan sonra, köhnə asfalt beton örtüyü qaşınaraq yenisi salınacaq. Bundan başqa, kommunikasiya quyularının dəmir piltələri beton piltələrə dəyişdiriləcək".
P. Mürsəliyev yolun bərpa işlərinin təxminən 5-6 ay çəkəcəyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB