Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan ənənəvi Dünya Telekommunikasiya Konfransının açılış sessiyasında iştirak edib. SİA-nın xəbərinə görə, 4 ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı internetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub.
Nazir Əli Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat verib. "TASİM" və "EPEG" layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, təhsildə İKT-nin inkişafından da söz açıb.
Məlumat üçün bildirək ki, sözügedən tədbirə BTİ-yə üzv 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi qatılıb. Konfrans işini aprelin 10-a qədər davam etdirəcək və sonda bəyannamə qəbul olunacaq.
Tədbir çərçivəsində nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin Baş katibi və Baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB