"Astara" ES 2 milyard 555 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib
"Astara" elektrik stansiyası (ES) işə başladığı gündən bu günə kimi (01.03.2014-cü ilə kimi) 2 milyard 555 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin fevral ayında 21,8 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. Müəssisə cari ilin iki ayında da dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynayıb. Belə ki, sözügedən dövr ərzində burada 43,5 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. 2013-cü il ərzində isə stansiyada dispetçer qrafikinə uyğun olaraq 259,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.
Məlumata əsasən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi, cari ilin iki ayı ərzində də elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək göstəricilər əldə edilib. Son üç ay ərzində 7 aqreqatda texniki qulluq işləri yerinə yetirilib.
Son üç ay ərzində yanğın su nasosxanalarındakı nasoslara və ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, aşkar edilən nasazlıqlar aradan qaldırılıb. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.
Xatırladaq ki, ümumi gücü 87 MVt olan "Astara" elektrik syansiyası 10 aqreqatdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB