Azərbaycanda siqaret istehsalı 24 faizədək artıb

Azərbaycanda siqaret istehsalı 24 faizədək artıb

Yanvar-fevral ayları ərzində qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 429,7 milyon manat həcmində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, əvvəlki ilin yanvar-fevral ayları ilə muqayisədə qida məhsullarının istehsalında 4,0 faiz artım, içki istehsalında 9,7 faiz, tütün məmulatlarının istehsalında isə 11,4 faiz azalma müşahidə olunub.

Bildirək ki, bu müddətdə 3,2 min dkl şampan şərabı, 102,2 min dkl araq, 98,8 min dkl üzüm şərabı, 312,4 min dkl pivə, 52,7 min dkl brendi(konyak), 2 160,6 min dkl alkoqolsuz içki istehsal olunub.

Həmçinin bu müddətdə 53 ton fermentləşdirilmiş tütün və 314,6 milyon ədəd papiros və siqaretistehsal olunub. Bu da statistikaya əsasən papiros və siqaret istehsalında ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artım olduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə