Azərbaycan sərmayə yatırmaq üçün olduqca münasib ölkədir

Azərbaycan sərmayə yatırmaq üçün olduqca münasib ölkədir

Azərbaycan sərmayə yatırmaq üçün olduqca münasib ölkədir.

Bu sözləri İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində cari ilin martında Azərbaycana səfər edən, İtaliyada manufaktura və xidmətlər sahəsində tanınmış qurumlardan biri olan "Confindustria Udine" təşkilatının prezidenti Matteo Tonon deyib.

Azərbaycana səfəri ilə bağlı məqamlara toxunan M.Tonon ölkəmizdə biznes qurmaq üçün çox geniş imkanların təklif olunduğunu vurğulayıb: "Azərbaycan bazarı yüksək artımın müşahidə olunduğu və mühüm perspektivlər vəd edən bir məkandır. Səfər çox müsbət əhval-ruhiyyədə davam etdi. Çünki biz çox böyük istiqanlılıqla qarşılandıq. Azərbaycandakı biznes imkanlarını tədqiq etmək niyyətində olan şirkətlərimiz bu ölkədə çox böyük dəstək hiss etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə