Lənkərandakı N saylı Hərbi hissədə bayram şənliyi keçirilib FOTOLAR

Lənkərandakı N saylı Hərbi hissədə bayram şənliyi keçirilib FOTOLAR

Lənkəranda Novruz bayramı münasibəti ilə silsilə tədbirlər keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, martın 17-də Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissənin əsgərləri üçün bayram sovqatı aparılıb. Tədbirə Şəhər İcra hakimiyyətinin rəsmiləri,müharibə veteranları, ağsaqqallar və ziyalılar qatılıblar.

Bir-birini əvəz edən xoş musiqi sədaları altında bayram tonqalı qalanıb. Meydana Novruzun atributları olan Keçəl, Kosa və Bahar qız daxil olub. Kosa və Keçəl qonaqlarla yumurta döyüşdürüb, hədiyyələr alıblar.

Bahar qız tədbirə toplaşan hərbi hissənin şəxsi heyətini gözəl bayramımız Novruz münasibətilə təbrik edib, onlara xoş günlər arzulayıb.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edib. O, əsgər və zabitləri icra başçısı Taleh Qaraşovun adından bayram münasibəti ilə təbrik edərək onlara can sağlığı və Vətənin müdafiəsində uğurlar arzulayıb. Tədbir kosa və keçəlin səhnəcikləri, şən nəğmələr və rəqslərilə davam etdirilib. Sonra əsgərlərə bayram sovqatı paylanılıb. Mərasimdə çıxış edən Lənkəran qarnizonun hərbi prokuroru İmran Əhmədov hərbçilərə uğurlar arzulayıb, onları xidmətdə ayıq-sayıq olmağa çağırıb. Xoş musiqi sədaları altında əsgərlər bağça uşaqları ilə rəqs ediblər. Lənkəran Dövlət Dram Teatrının aktyorlarının və yerli sənətçilərin ifasında səslənən nəğmələr və səhnəciklər hərbçilərdə böyük coşqu ilə qarşılanıb.

Tədirdə həmçinin xidmətdə fərqlənmiş bir qrup zabit və əsgərə qiymətli hədiyyələr təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə