Novruz bayramı günlərində "Bakıelektrikşəbəkə" ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcək.
Elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunan elektrik enerjisi haqlarınını dərhal ödənilməsi xahiş olunur. Elektrik enerjisindən istifadəyə görə yaranan debütor borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı 17 mart 2014-cü il tarixində, saat 12:00-dan etibarən qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranan borca görə enerji təchizatı dayandırılıb abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə"onlayn" olaraq həyata keçirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB