Neft bahalaşıb

Martın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,21 dollar və ya 0,2% artaraq 1 barelə görə 98,20 dollar olub. SİA-nın məlumatına görə, martın 13-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,63 dollar və ya 0,6% azalaraq 107,39 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə