Ötən il Azərbaycanda 4 521,2 min nəfər və ya əvvəlki illə müqayisədə 1,7 faiz çox ölkə əhalisi iqtisadiyyatda əmək fəaliyyəti ilə məşğul olub. SİA Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə. məşğulluq səviyyəsi ölkə üzrə 61,4 faiz olmaqla, kişilər arasında 65,3 faiz qadınlar arasında isə 57,7 faiz təşkil edib. Bu göstərici keçən il müvafiq olaraq 61,2 faiz, 64,9 faiz, 57,6 faiz olub.
Ötən il ərzində məşğul əhalinin 1 175,7 min nəfəri dövlət bölməsində, 3 345,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Məşğul əhalinin 37,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 14,7faizi ticarət; nəqliyyat vasitələrinin təmirində, 8,1faizi təhsildə, 7,0faizi tikintidə, 6,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminatda, 5,0faizi emal sənayesində, 4,1faizi nəqliyyat və anbar təsərrüfatında, 17,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Bu il yanvar ayının 1-nə ölkə üzrə işsizlik səviyyəsi 5,0 faiz olub ki, bu da əvvəlki illə müqayisədə bəndi 0,2faiz azaldır. İşsizlərin sayı keçən illə müqayisədə 6,5 min nəfər azalaraq 236,6 min nəfər təşkil edib. Bu göstərici kişilər üzrə keçən ilə nisbətən 5,0 min nəfər azalaraq 98,5 min nəfər təşkil edib, qadınlar üzrə isə 1,5 min nəfər azalaraq 138,2 min nəfər olub.
Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı keçən ilə nisbətən 585 nəfər azalaraq 36 206 nəfər təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB